Xəzər Xəbər

Tramp 24 trilyon dolları zibilliyə atdı ŞOK QƏRAR

Dünya | 15:01 • 6 Noyabr 2019
Tramp 24 trilyon dolları zibilliyə atdı

Donald Tramp və hökuməti Paris İqlim Müqaviləsinin bahalı olduğunu düşünür. Halbuki, minimum karbonlu yaşayış ideyasının 2050-ci ilə qədər sadəcə şəhərlərdə 24 trilyon dollar fayda təmin edəcəyini hesablayırıq. Ümid edirəm ki, olmaz, amma Tramp və hökumətinin bu hərəkəti iqlim dəyişikliyinə qarşı bütün təşəbbüsləri silib atacaq”.

Bunu Dünya Qaynaqları İnstitutunun Daimi Şəhərlər Bölməsinin Qlobal direkotru Aniruddha Dasqupta deyib.

ABŞ prezidenti Donald Trampın Paris İqlim Müqaviləsindən çıxma prosesinin rəsmi şəkildə başlatmasının nəticələrindən danışan Dasqupta bildirib ki, iqlim dəyişikliyi sadəcə mövsümi hava olayları və təbii fəlakətlərə səbəb olmur, həm də gündəlik həyatı dərindən sarsıdır. Buna görə də ictimaiyyət iqlim dəyişikliyi ilə aktiv mübarizə aparmalıdır: "BMT İqlim Zirvəsi zamanı 7 milyon insan iqlim dəyişikliyinə diqqət çəkmək üçün aksiya keçirdi. Bu rəqəm siyasi liderlər və hökumətlər üçün əhəmiyyətlidir. Çünki liderlərin iqlim dəyişikliyinə qarşı sərgilədikləri münasibəti tərsinə çevirə bilər. Donald Tramp iqlim müqaviləsindən imtina edərək inqilabi qərar verdi. Bu, həm ABŞ xalqına, həm də gələcək nəsillərə edilmiş haqsızlıqdır. ABŞ-ın bu addımı digər ölkələrin də fəaliyyətini yavaşlada bilər. Hətta onların mübarizədən qaçmasına yol açar”./publika.az

Xəbər lenti