Xəzər Xəbər

703 uşaq acından öldü – Ölkənin ən yoxsul şəhərində

Dünya | 13:06 • 5 Noyabr 2019
703 uşaq acından öldü

Pakistanın ən yoxsul şəhəri Tarparkarda yanvar-oktyabr ayları ərzində 703 uşaq qeyri-düzgün qidalanma və xəstəlikdən həyatını itirib.

BMT şəhərdə yaşayan 1.6 milyon insanın 87 faizinin yoxsulluq səviyyəsindən də aşağı şərtlər altında ömür sürdüyünü çıqlayıb.

Təkcə oktyabr ayında qida çatışmazlığından 84 uşaq ölüb.

Tarparkarda keçən il 505 uşağın öldüyü açıqlanmışdı. Bu dəfəki göstərici isə son 4 ilin ən yüksək rəqəmi olduğu bildirilir. Keçən il şəhərdə quraqlıq baş vermişdi.

Hindistan sərhədlərində yerləşən Tarparkar ölkənin ən yoxsul şəhəri sayılır./teleqraf

Xəbər lenti