Xəzər Xəbər

Tramp Ağ Evə it gətirir: “Onları sevirəm”

Dünya | 12:34 • 5 Noyabr 2019
Tramp Ağ Evə it gətirir:

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadiyə qarşı keçirilən əməliyyatda iştirak edən köpəyi tezliklə Ağ Evə gətirəcəyini deyib.

Bu barədə "Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Prezident köpəkləri sevdiyini də bildirib: "Mən köpəkləri sevirəm. Bu köpək isə xüsusi tərifə layiqdir və tezliklə Ağ Evə gələcək”.

ABŞ prezidenti oktyabrın 27-də İŞİD liderinin öldürüldüyünü elan edib. Bağdadi Suriyanın İdlib əyalətində xüsusi əməliyyat zamanı məhv olunub./teleqraf

Xəbər lenti