Xəzər Xəbər

Bağdadinin bacısı tutuldu

Dünya | 11:40 • 5 Noyabr 2019
Bağdadinin bacısı tutuldu

İŞİD terror təşkilatının sabiq lideri Əbubəkr əl-Bağdadinin özündən böyük bacısı Rəsmiyə Avad Suriyanın Azez şəhərində tapılıb.

Türkiyə kəşfiyyatının bu uğuru dünya mediasında geniş yer tapıb.

65 yaşlı Rəsmiyə Avad bir konteynerdə qayınanası və 5 övladı ilə birlikdə yaxalanıb. O, dövlət protokoluna uyğun şəkildə dindirilib.

Qeyd edək ki, Əbubəkr əl-Bağdadi məxfiliyə böyük əhəmiyyət verən liderlərdən olub. Onun haqqında olduqca az rəsmi məlumat var.

Xatırladaq ki, Bağdadi 28 oktyabrda İdlibdə ABŞ qüvvələri tərəfindən məhv edilib./publika.az

Xəbər lenti