Xəzər Xəbər

İrandan yeni nüvə addımı – Bütün dünya ŞOKDA

Dünya | 11:07 • 5 Noyabr 2019
İrandan yeni nüvə addımı
İran uranın zəngiləşdirilməsi ilə bağlı konkret nəticələr əldə etdiyini açıqlayıb.

İran Atom Enerji Komitəsinin rəhbəri Əli Əkbər Salih 60 ədəd İR-6 sentrifuqanı inkişaf etdirdiklərini bildirib.

İR-6 sentrifuqa ilk nəsil olan İR-1-dən 10 qat sürətlidir və bu, uranın zənginləşdirilməsini intensivləşdirir.

ABŞ prezidenti Donald Trampın pozduğu nüvə anlaşması İranın uranı yalnız İR-1 səviyyəsində zənginləşdirməsinə icazə verirdi. Nüvə anlaşmasını pozulandan sonra İran İR-2 səviyyəsinə keçdi./publika.az

Xəbər lenti