Xəzər Xəbər

İngiltərədən terrorla bağlı VACİB AÇIQLAMA gəldi: Təhlükə...

Dünya | 10:45 • 5 Noyabr 2019
İngiltərədən terrorla bağlı VACİB AÇIQLAMA gəldi:

İngiltərənin daxili işlər naziri Priti Patel milli terror təhlükəsi səviyyəsinin "ciddi"dən "vacib"ə endirildiyini bildirib.

Patel açıqlamasında buna baxmayaraq, risklərin hələ də böyük olduğunu qeyd edib. O, hökumət, polis və xüsusi xidmət orqanlarının birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Böyük Britaniyada son illərin ən böyük terroru 2017-ci ildə baş verib. Nəticədə 23 nəfər ölüb, 59 nəfər isə xəsarət alıb./Publika.az

Xəbər lenti