Xəzər Xəbər

Ukraynada 1,5 milyondan artıq balıq tələf olub

Dünya | 21:51 • 4 Noyabr 2019
Ukraynada 1,5 milyondan artıq balıq tələf olub

Ukraynanın Xerson vilayətinin Qolopristansk rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir k, həmin rayonun sularında 1,5 milyondan artıq müxtəlif növ balıq tələf olub. Balıqların kütləvi tələfatı ilə bağlı cinayət işi açılıb.


Artıq hava, su və torpaqdan lazımi müayinələr götürülüb. Suyun mühafizəsi qaydalarını pozan şəxslərə 5 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.

Xəbər lenti