Xəzər Xəbər

Litvada zavodda baş verən yanğın digər sahələrə də ciddi ziyan vurub

Dünya | 15:45 • 4 Noyabr 2019
Litvada zavodda baş verən yanğın digər sahələrə də ciddi ziyan vurub

Litvanın Alitus şəhərində avtomobil şinləri istehsal edən zavodda baş verən güclü yanğın yaxınlıqda yerləşən süd istehsalı müəssisələrinə də ciddi ziyan vurub.


AZƏRTAC xəbər verir ki, noyabrın 4-də hökumətin aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasında zərərçəkənlərə dəyən ziyanın ödənilməsi barədə qərar qəbul olunub.


Araşdırmalar nəticəsində müəyyənləşdirilib ki, yanğın zamanı yaranmış zəhərli qazlar yaxınlıqdakı süd emalı müəssisələrinə mənfi təsir edib. Araşdırmalardan sonra 382 ton süd məhsulu mağazalardan toplanıb. Qida və Baytarlıq Xidməti yanğının təsirindən daha 29 fermer təsərrüfatında istehsalın dayandırılması barədə qərar qəbul edib.

Xəbər lenti