Xəzər Xəbər

Harvard professoru uzunömürlülüyün ƏSAS SİRRİNİ açdı

Dünya | 15:48 • 4 Noyabr 2019
Harvard professoru uzunömürlülüyün

Məşhur Amerika və Avstraliya bioloqu Devid Sinkler resveratrolun qocalma əleyhinə təsirini araşdıran dünyanın aparıcı mütəxəssislərindən biridir. Hazırda ABŞ-da, Harvard Tibb Məktəbində işləyir.

Həkim Avstraliya Tibbi Tədqiqat Cəmiyyəti medalı və Amerika Birləşmiş Ştatları Səhiyyə Departamentinin NIGMS MERIT mükafatı da daxil olmaqla 25-dən çox nüfuzlu mükafat qazanıb.

Professorun sözlərinə görə, siçanlar üzərində aparılan təcrübələr göstərir ki, düzgün pəhriz və resveratrol ən yaxşı birləşmədir:

"Siçanlarda piylənmə olduqda resveratrol əhəmiyyətli təsir göstərir. Ancaq balanslı pəhriz və resveratrol verdiyimiz siçanlar yalnız vasitə qəbul edənlərdən çox yaşayır. Bu da onu göstərir ki, resveratrol pəhrizlə birlikdə daha güclü təsirə malikdir. Dərman və regeranitiv müalicə ömrü uzatmaq üçün böyük potensiala malikdir. Tədqiqatım vücudun müdafiəsini aktivləşdirərək bədənin mümkün qədər uzun müddət sağlam qalmasını hədəfləyir.

2050-ci ildən sonra doğulan uşaqların 100 yaşa qədər yaşamasını gözləmək olar. İnsanlar ömrünün çox hissəsini sağlam keçirəcək, 80 yaşdan sonra tennis oynaya və nəvələri ilə əylənə biləcəklər. İndi bəzi insanlarda buna rast gəlinir, lakin yaşlanma əleyhinə vasitələr əlçatan olduqda bu aktivliyi çoxunda görə bilərik. Bu da o deməkdir ki, indi 100 yaşına qədər yaşayan insanların ömrü 120-130-a qədər uzana bilər".

Professor hesab edir ki, əsrin sonuna qədər insanlar 150 yaşa kimi yaşaya bilər, çünki o vaxta qədər bir sıra tədqiqatlar aparılacaq:

"30 yaşdan əvvəl qəbul edilən dərmanlar orqanizmin xəstəliklərə və yaşlanmaya qarşı müdafiəsini artırmağa imkan verəcək", - o bildirib./publika.az

Xəbər lenti