Xəzər Xəbər

Türkiyədə 60-dan çox insan ispanaqdan zəhərlənib

Dünya | 15:05 • 4 Noyabr 2019
Türkiyədə 60-dan çox insan ispanaqdan zəhərlənib

İstanbulda dünən axşam saatlarından etibarən ispanaq və buna bənzər bitkilərdən zəhərləndiyi güman edilən təxminən 40 nəfər xəstəxanalara müraciət edib. Bu gün eyni bitkilərdən zəhərləndiyi bildirilən daha 22 nəfər Tekirdağ şəhər xəstəxanalarına gətirilib.


AZƏRTAC xəbər verib ki, hadisə ilə bağlı məlumat verən Tekirdağ şəhər Sshiyyə müdiri Cengiz Becerir zəhərlənənlərin müvəqqəti yaddaş itkisi keçirdiyi və hazırda müalicələrinin davam etdirildiyini bildirib.

Xəbər lenti