Xəzər Xəbər

XXI əsrin piratları: Afrika sahilləri yaxınlığında 9 norveçli dənizçi oğurlandı

Dünya | 15:45 • 4 Noyabr 2019
XXI əsrin piratları:

Piratlar Benin sahilləri yaxınlığında Norvec gəmisinə hücum edib və heyətin 9 üzvünü oğurlayıb.

Bu barədə məlumat "JJ Ugland” gəmiçilik şirkətinin saytında yerləşdirilib.

"Bonita” gips daşıyırmış. Gəmi limanda dayandığı zaman piratlar ona hücum ediblər.

Cinayətkarlar 9 nəfəri qandallayaraq naməlum istiqamətdə aparıblar.

Dənizçılər Kotonu limanının rəhbərliyini hadisə haqqında məlumatlandırıblar. Piratların axtarışı üzrə tədbirlər həyata keçirilir./oxu.az

Xəbər lenti