Xəzər Xəbər

Suriya Konstitusiya Komitəsinin tərtibatçı-redaktorlar qrupu fəaliyyətə başlayıb

Dünya | 14:39 • 4 Noyabr 2019
Suriya Konstitusiya Komitəsinin tərtibatçı-redaktorlar qrupu fəaliyyətə başlayıb

Cenevrədə Suriya Konstitusiya Komitəsinin tərtibatçı-redaktorlar qrupu fəaliyyətə başlayıb.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, qrupun vəzifəsi Suriyanın yeni konstitusiyası üçün təkliflər hazırlamaqdır.


Daha sonra bu təkliflər Konstitusiya Komitəsinə təqdim olunacaq.


Tərtibatçı-redaktorlar qrupu 45 ekspertdən ibarətdir.


Suriya hökuməti, müxalifət və vətəndaş cəmiyyəti ayrı-ayrılıqda 15 nəfərlə təmsil olunur. Qrup bütün həftə işləyəcək.


Daha sonra mütəxəssislər iki həftəlik fasilədən sonra yenidən toplaşmaq üçün Cenevrəyə gələcəklər.

Xəbər lenti