Xəzər Xəbər

ŞOK: Morqlarda 30 mindən çox yiyəsiz cəsəd var

Dünya | 13:02 • 2 Noyabr 2019
ŞOK:

Morqlarda 30 mindən çox sahibsiz və şəxsiyyəti bilinməyən cəsəd var.

Bu barədə Meksika Milli İnsan Haqları Komissiyası bildirib.

Komissiyanın açıqlamasında qeyd edilir ki, morqlarda mütəxəssis çatışmazlığı səbəbindən cəsədlərin şəxsiyyətinin düzgün müəyyənləşdirilməsində problemlər ortaya çıxıb.

Açıqlamada Meksika morqlarında 30 mindən çox yiyəsiz və şəxsiyyəti müəyyən edilməyən cəsədlərlə yanaşı sayı bəlli olmayan sklet qalıqlarının da olduğu ifadə edilib.

Qeyd edək ki, 120 milyon əhalisi olan Meksikada yalnız ötən ili mafiyalar tərəfindən 35 mindən çox cinayət baş verib. Ölkədə 2017-ci ildə 32min79 nəfər öldürülüb. 2019-cu ildə cinayət qurbanı olaraq öldürülənlərin sayı 26 min nəfərdir./teleqraf


Xəbər lenti