Xəzər Xəbər

“ABŞ ilk dəfə Rusiyaya məğlub olmaq üzrədir” – Vaşinqtondan şok açıqlama

Dünya | 12:53 • 2 Noyabr 2019
“ABŞ ilk dəfə Rusiyaya məğlub olmaq üzrədir”

"Rusiya "S-400” hava hücumundan müdafiə sistemlərinin müxtəlif versiyalarını dünyaya yaymaq üçün ciddi cəhdlər edir”.

Bunu ABŞ dövlət katibinin köməkçisi Klark Kuper deyib.

Kuperin fikrincə, SSRİ dönəmində dünyanın silah bazarlarında "Kalaşnikov” avtomatları ilə nüfuz dairəsini genişləndirən Rusiya indi üstünlüyü "S-400”-lər vasitəsilə almağa çalışır:

"AK-47”-lərin Cənubi-Şərqi Asiyadan Afrikaya qədər Sovet İttifaqı tərəfindən dəstəkləyən qiyamçı qüvvələrin simvoluna çevrilməsindən uzun zaman keçib. Bu gün isə Rusiya "S-400” sistemlərinin müxtəlif versiyalarının yayılması üçün ciddi cəhdlər edir.

Rusiyadan "S-400” kimi sistemlər alan müttəfiqlərimizə isə bizə hüquqi və texniki problemlər yaradır”.

Amerikalı diplomat "soyuq müharibə”dən sonra ilk dəfə ABŞ-ın silah bazarlarında Rusiyaya məğlub olmağa yaxın olduğunu deyib:

"Artıq bir çox ölkə ABŞ-la müdafiə və təhlükəsizlik sahələrindəki əməkdaşlığa zərurət kimi yox, seçim kimi baxır”./teleqraf

Xəbər lenti