Xəzər Xəbər

Ərdoğan Bağdadi əməliyyatında Türkiyənin rolunu açıqladı

Dünya | 15:26 • 1 Noyabr 2019
Ərdoğan Bağdadi əməliyyatında Türkiyənin rolunu açıqladı

Bağdadinin öldürülməsi ilə bağlı Türkiyə ABŞ-a dəstək verdi. ABŞ helikopterləri bizim nəzarətimizdəki Afrin və Cerablus hava sahəsini istifadə edərək getdi.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Kəşfiyyat dəstəyi verdik. Bizim kəşfiyyat orqanlarımızla ABŞ-ın kəşfiyyat bölmələri birlikdə çalışdı. Hava sahəsini istifadə edəcəklərini bildirdilər. Bağdadiyə qarşı əməliyyat keçiriləcəyini bilirdik. Biz də Cerablus və Afrindəki birləşmələrimizə xəbərdarlıq etdik”, - Ərdoğan bildirib./axar.az

Xəbər lenti