Xəzər Xəbər

NATO müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

Dünya | 14:44 • 23 Oktyabr 2019
NATO müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə edəcəklər

NATO-ya üzv dövlətlərin müdafiə nazirləri oktyabrın 24-25-də Brüsseldə görüşəcəklər.


APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, NATO baş katibi Yens Stoltenberq bildirib ki, görüş zamanı Alyansın müdafiə nazirləri Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə edəcəklər.


Y. Stoltenberq Türkiyə və ABŞ-ın birgə bəyanatından sonra zorakılığın əhəmiyyətli dərəcədə azalmasını alqışladığını vurğulayıb: "Bütün qüvvələrin təmkinlə hərəkət etməsi və beynəlxalq humanitar hüquqa hörmət etməsi vacibdir. İŞİD-ə qarşı birgə mübarizədə əldə etdiyimiz müsbət nəticələri qorumaq vacibdir”.


Baş katibin sözlərinə görə, son hadisələr göstərir ki, Suriya münaqişəsi yalnız siyasi yolla həll edilməlidir.


Y. Stoltenberq müdafiə nazirlərinin NATO-nun İraq Missiyası və Əfqanıstanla bağlı öhdəliklərini də müzakirə edəcəklərini qeyd edib.

Xəbər lenti