Xəzər Xəbər

Əsəddən Ərdoğanla görüşən Putinə təşəkkür: Görüşün detalları açıqlandı

Dünya | 11:08 • 23 Oktyabr 2019
Əsəddən Ərdoğanla görüşən Putinə təşəkkür:

Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə və Rusiya arasında 10 maddəlik anlaşmadan sonra Prezident Vladimir Putinin zəng edərək suriyalı həmkarı Bəşər Əsədə məlumat verdiyini bildirib.

Peskov Əsədin anlaşmaya görə Putinə təşəkkür etdiyini açıqlayıb.

Kremlin mətbuat katibi Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan görüşü haqda bunları deyib:

"Rusiya lideri suriyalı həmkarını 6 saatdan çox baş tutan görüşlə bağlı məlumatlandırdı. Görüşdə əldə edilmiş anlaşmanın detalları haqda məlumat verdi.

Əsədin Soçidə verilmiş qərarları dəstəklədiyini deyən Peskov qeyd edib:

"Suriya Prezidenti Əsəd Vladimir Putinə təşəkkür etdi, görüşdə əldə edilmiş anlaşmanı tam dəstəklədiyini bildirdi. Eyni zamanda, Suriya sərhədlərini rusların hərbi polisi ilə birgə qorumağa hazır olduğunu ifadə etdi”.

Əlavə edək ki, dünən Türkiyə və Rusiya prezidentləri Soçidə Suriya böhranına dair anlaşma əldə edib. Görüşdə 10 maddəlik müqavilə imzalanıb./teleqraf


Xəbər lenti