Xəzər Xəbər

İran BMT-yə müraciət edib

Dünya | 13:41 • 22 Oktyabr 2019
İran BMT-yə müraciət edib

İrana məxsus "Sabiti” neft tankeri oktyabrın 11-də Qırmızı dənizdə terror hücumuna məruz qalıb. Ekipaj "sos” siqnalı verib yardım istəsə də, yaxınlıqdakı gəmilər "sos” siqnalını qəbul etsələr də, yardım göstərməyə çalışmayıblar.


AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi keçirdiyi mətbuat konfransında deyib.


O bildirib ki, İran tankerə qarşı terror hücumu törədildiyini dəqiq bilir. Rəsmi Tehran BMT-yə müraciət edərək araşdırmada iştirak etmək üçün mütəxəssislər göndərilməsini istəyib. Müsəvi nəzərə çatdırıb ki, bir neçə dövlət birgə plan hazırlayaraq İran tankerinə qarşı terror hazırlayıb və həyata keçirib.

Xəbər lenti