Xəzər Xəbər

Berlindən gecikmiş təklif: Türkiyə və Rusiya ilə birgə...

Dünya | 12:16 • 22 Oktyabr 2019
Berlindən gecikmiş təklif:

Suriyadakı vəziyyət Avropa və Almaniyanın təhlükəsizlik maraqlarına ciddi şəkildə təsir göstərdi, ancaq bu günə qədər ölkəmiz vəziyyəti sadəcə seyr etdi.

Bu açıqlama ilə Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer çıxış edib.

Karrenbauer Suriyanın şimalında beynəlxalq təhlükəsizlik bölgəsinin yaradılmasını kansler Angela Merkelə təklif etdiklərini, onun da bu təklifi qəbul etdiyini bildirib.

O, fikrini belə əsaslandırıb ki, Suriyada həll prosesi üçün uyğun variant Rusiya və Türkiyənin də daxil olduğu beynəlxalq təhlükəsizlik bölgəsinin yaradılmasıdır.

Nazir qeyd edib ki, Suriyada terrorizmə və İŞİD terrorçularına qarşı mübarizəni davam etdirmək istəyirlər. Məqsəd isə yeni başlayan konstitusiya prosesində iştirak etməkdir./Axar.az

Xəbər lenti