Xəzər Xəbər

Tramp bu ölkədən tamamilə çıxmağa hazırlaşır

Dünya | 11:56 • 22 Oktyabr 2019
Tramp bu ölkədən tamamilə çıxmağa hazırlaşır

ABŞ Prezidenti Donald Trampın mümkün qərarına hazırlıq olaraq Pentaqon qoşunların Əfqanıstandan tamamilə çıxarılması planı üzərində işləyir.

Bu barədə NBC informasiya yayıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi prezidentin Suriyada olduğu kimi gözlənilməz qərar qəbul edəcəyi halda qoşunların çıxarılmasına hazır olmaq istəyir.

Qeyd edək ki, ABŞ artıq Əfqanıstandan 2 min əsgərini çıxarıb və buradakı hərbi kontingenti 12 minə düşüb. Tramp isə ən qısa müddətdə bu ölkədəki əsgər sayını 8,5 minə qədər azaldacağını bildirib./axar.az

Xəbər lenti