Xəzər Xəbər

Ərdoğan-Putin görüşündən əvvəl kritik gəlişmə: Tramp qərarı dəyişdi

Dünya | 11:33 • 22 Oktyabr 2019
Ərdoğan-Putin görüşündən əvvəl kritik gəlişmə:

İngiltərədə nəşr olunan "Tayms” qəzeti ABŞ-ın Suriyada hərbi qüvvə saxlaması barədə yazıb. Nəşrə görə, bu qərarın səbəbi Vaşinqtonun Rusiyanı Suriyanın neft sahələrindən uzaq tutmaq istəyindən irəli gəlir.

Türkiyənin Suriyada qurmaq istədiyi bufer zona sadəcə Tel Abyad və Rəsulaynı əhatə etməlidir.

Qəzet qeyd edir ki, ABŞ-ın bölgədə saxladığı hərbi qüvvələr kürdlərin yerləşdiyi bölgələrin xaricində qalacaq və neft sahələrinin qorunması ilə məşğul olacaq:

"Vaşinqton Putini neft sahələrindən uzaqlaşdırmaq üçün bölgədə müəyyən qədər hərbi qüvvə saxlayacaq. ABŞ Prezidenti Donald Tramp İsrail və İordaniyanın tələbindən sonra Suriyada az sayda hərbi qüvvə saxlamaq qərarı verdi”.

Məqalədə bu gün Soçidə Rusiya və Türkiyə prezidentləri arasında keçiriləcək görüşə də toxunulub. Nəşrə görə, Rusiya türk ordusunun hərbi əməliyyatlarının məhdudlaşdırılmasını istəyir. Ərdoğan və Putin Soçidə bu məsələni müzakirə edəcək.

"Tayms” qeyd edir ki, Putin bugünkü görüşdə Tel-Abyad və Rəsulayn xaricindəki bölgələrin artıq Bəşər Əsəd rejiminin nəzarətində olduğunun əhəmiyyətini vurğulayacaq: "Böyük ehtimalla Putin Ərdoğana kürdlərin sərhəd bölgələrini Türkiyəyə qarşı istifadə olunmayacağına zəmanət verəcək”./teleqraf

Xəbər lenti