Xəzər Xəbər

Konor Moskvaya gedir - "Görüşərik, pişik"

Dünya | 11:17 • 22 Oktyabr 2019
Konor Moskvaya gedir - "Görüşərik, pişik"

Keçmiş UFC çempionu Konor Makqreqor bu həftə Moskvaya gedir.

İrlandiyalı döyüşçü Moskvada təmsil etdiyi bukmeker kontorunun mətbuat konfransını keçirəcək. Makqreqor jurnalistlərlə oktyabrın 24-də görüşəcək.

Qeyd edək ki, Konor daha əvvəl rusiyalı həmkarı Həbib Nurməhəmmədovu revanşa çağırmış, ancaq Həbib bu təklifi qəbul etməmişdi. Bir neçə gün əvvəl Konor İnstaqram səhifəsində foto paylaşaraq Həbibə müraciətlə "Moskvada görüşərik, pişik” sözlərini yazmışdı./teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti