Xəzər Xəbər

Poroşenko milyard yarım oğurlayıb İTTİHAM

Dünya | 10:17 • 22 Oktyabr 2019
Poroşenko milyard yarım oğurlayıb

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko dövlət büdcəsindən 1,5 milyard dollar oğurlayıb.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı milyarder Sem Kislin deyib.

"Poroşenko özünü, Ədliyyə və Müdafiə nazirliklərini 1,5 milyard dollarla təmin edib. Bunlarla bağlı sənədləri saxlayıram. Özü barəsində 14 cinayət işi qaldırılıb. Lakin 2020-ci ilin 1 yanvar tarixinə qədər toxunulmazlığı olduğu üçün proses irəliləmir”, - deyə iş adamı bildirib.

Qeyd edək ki, S.Kislin bundan öncə Poroşenkonun Ukraynadan 8 milyard çıxardığını yazmışdı.

Xəbər lenti

Çox oxunanlar