Xəzər Xəbər

Frankonun nəşinin ekshumasiyası oktyabrın 24-də olacaq

Dünya | 16:54 • 21 Oktyabr 2019
Frankonun nəşinin ekshumasiyası oktyabrın 24-də olacaq

Diktator Frankonun nəşi Şəhidlər Vadisindən həyat yoldaşı Karmen Polonun basdırıldığı Madriddəki Minqorrubiodakı El-Pardo bələdiyyə qəbiristanlığına köçürüləcək.


AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də yerli vaxtla saat 10.30-da ispaniyalı diktator Fransisko Frankonun nəşinin ekshumasiyası və reinhumasiyası həyata keçiriləcək. Bu hadisəni İspaniyanın Baş Naziri vəzifəsinin icra edən Pedro Sançesin 2018-ci ilin iyununda Monkloa sarayına gəldiyi andan "ulduzlu” planlarından biri adlandırırlar. Daha çox ehtimal edilən variant frankoçular tərəfindən hər hansı maneədən xilas olmaq üçün diktatorun nəşinin helikopterlə daşınmasıdır.


Ekshumasiya ümumi seçkilərdən iki həftə sonra təşkil ediləcək.


Tarixi yaddaş haqqında 2007-ci ildə qəbul olunan qanuna əsasən, yalnız İspaniya vətəndaş müharibəsinin gedişində həlak olan insanların nəşi Şəhidlər Vadisində uyuya bilər. Franko isə müharibə başa çatandan (1936-1939) uzun illər sonra – 1975-ci ildə vəfat edib.

Xəbər lenti