Tehran nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərin ixtisarı istiqamətindən yeni addımlar atmağa hazırlaşır.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
Qeyd edək ki, bundan öncə İran 3 dəfə öhdəliklərinin azaldılmasını həyata keçirib. İran bu addımı Avropa Birliyinin nüvə razılaşması çərçivəsində öhdəliklərini icra edə bilmədiyi bəhanəsiylə atıb./axar.az