Xəzər Xəbər

PKK liderindən gözlənilməz əmr: Bölgəni tərk etməyin!

Dünya | 12:25 • 21 Oktyabr 2019
PKK liderindən gözlənilməz əmr:

Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırmasına dair razılaşmaya baxmayaraq, PKK-YPG terror qruplaşması bölgəni hələlik tərk etməyib.

Verilən 120 saatı sonuna qədər istifadə etmək istəyən terrorçular təhlükəsizlik bölgəsindən hələlik yalnız yaralı terrorçuları çıxarıb.

Bundan əlavə, sözügedən prosesə PKK lideri Cəmil Bayıkın şiddətlə qarşı çıxdığı bəlli olub. Belə ki, Bayık PKK-YPG qruplaşmasına bölgəni tərk etməməklə bağlı göstəriş verib.

"Şimal-şərqi Suriyada xalqlar sözügedən hücumlara qarşı dirənməli və torpağını tərk etməməlidir”, - PKK lideri bildirib./axar.az

Xəbər lenti