Xəzər Xəbər

Kürdlər Türkiyə sərhədindən çəkildi – Yeni gəlişmə

Dünya | 10:45 • 21 Oktyabr 2019
Kürdlər Türkiyə sərhədindən çəkildi

Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı Türkiyə sərhədində yerləşən Rəsulayn bölgəsindən geri çəkildiyini açıqlayıb.

Bu barədə SDQ-nin sözçüsü Kino Qabriel açıqlama verib.

O, artıq Rəsulayn şəhərində silahlı birləşmələrinin qalmadığını bildirib.

Məlumata görə, PYD terror təşkilatının hərbi qanadı YPG döyüşçüləri də yük avtomobilləri ilə Rəsulayndan ayrılıb. Mülki vətəndaşlardan da bəzilərinin bölgəni tərk etdiyi vurğulanıb.

Azad Suriya Ordusunun (ASO) sözçüsü Yusif Həmud isə SDQ-nin tamamilə Rəsulayndan çıxdığını söyləyib./teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti