Xəzər Xəbər

Bəşəriyyətin görmədiyi hadisələr baş verir XƏBƏRDARLIQ

Dünya | 16:27 • 20 Oktyabr 2019
Bəşəriyyətin görmədiyi hadisələr baş verir

Şimal buzlu okeanı 2050-ci ilə qədər buzsuz qala bilər. Hazırkıriyazi modellər bu mənzərəni proqnozlaşdırırlar. Ekspertlər bunun kifayət qədər konservativ proqnoz olduğunu söyləyir.

Digər təxminlər də var. Belə ki, bəzilərinə görə, ərimə 2025-ci ilə qədər də baş verə bilər. Şübhəsiz ki, söhbət yay aylarından gedir. Mütəxəssislər Şimal buzlu okeanında vəziyyətin çox tez dəyişdiyini əlavə edib: buzlaqlar azalır, dalğalar yüksəlir və fırtınalar daha da güclənir. Bu isə yalnız balıqların həyatına müsbət təsir edəcək. Bütün bu məlumatları okeonoqraf Yevgeni Aksenov verib.

Şimal buzlu okeanın atlantifikasiyası

"Potensial olaraq, Şimal Buzlu Okeanı bioloji fəaliyyətin aktivləşmə mərkəzi və daha inkişaf etmiş bir ekosistemin mərkəzinə çevrilə bilər. İstiləşmə səbəbiylə bakteriyaların, mikroorqanizmlərin, planktonların sayında artım baş verəcək. Bu, okean ərazisinə daha çox heyvan cəlb etməyə başlayacaq. Eyni zamanda, temperaturun dəyişməsi, suyun turşuluğunun azalması Atlantik iqlim dəyişikliyinə gətirəcək, bu isə oranın "kasıblaşması”na səbəb olacaq”, - deyə Aksyonov bildirib.

Tədqiqatçı, "Bəşəriyyətin görmədiyi hadisələr baş verir” dedi.

Hesablamalara görə, 21-ci əsrdə Şimal buzlu okeandaümumiyyətlə buz qalmayacaq. Lakin bu prosesin tam olaraq hansı tarixə təsadüf edəcəyini demək çətindir. Belə ki, proqnozlaşdırılan tarix 2025-2060-cıillər arasında dəyişir.

oxu.az

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti