Xəzər Xəbər

Biz ərzağı çölə atırıq, milyonlarla insan isə aclıq çəkir

Dünya | 16:03 • 20 Oktyabr 2019
Biz ərzağı çölə atırıq, milyonlarla insan isə aclıq çəkir

İnsanlar ən az ət məhsullarını atır. Belə ki, bütün dünyada insanlar ətin 22 faizini atır, 78 faizini isə yeyir

BMT ekspertlərinin hesablamalarına görə, bütün ərzaqların üçdə bir hissəsi atılır.

Rusiya mətbuatı xəbər verir ki, hər il dünya iqtisadiyyatı trilyonlarla dollar itirir. Ancaq çox insan hələ də aclıq çəkir.

Ruslar ərzaq məhsullarına kifayət qədər israf edir. Belə ki, alınan qidaların dörddə bir hissəsi atılır. Ancaq utilizasiya üzrə çempionluğu amerikalılar əldə saxlayıb. BMT-nin məlumatına görə, ABŞ-da hər sakin il ərazində 115 kiloqram ərzaq atır. Avropada bu rəqəm 95, Rusiyada isə 56 kiloqramdır.

Yoxsul ölkələrdə də qida atılması müşahidə edilir. Amma bu çox az miqdardadır. Afrikada və Cənub-Şərqi Asiyada qida atılması il ərzində 6-11 kiloqramdır. Satın alınan dəniz məhsullarının yarısı (50%) təxminən eyni miqdarda tərəvəz və meyvələr (52%) atılır. Taxıl məhsullarının 38 faizi yeyilir, 62 faizi atılır.

İnsanlar ən az ət məhsullarını atır. Belə ki, bütün dünyada insanlar ətin 22 faizini atır, 78 faizini isə yeyir. Süd məhsulları da ən az atılan məhsullar arasındadır. Belə ki, süd məhsullarının 20 faizi atılır, 80 faizi isə yeyilir.

Sputnik Azərbaycan

Xəbər lenti