Xəzər Xəbər

NASA “başqa dünyaya giriş”i göstərdi

Dünya | 14:27 • 20 Oktyabr 2019
NASA “başqa dünyaya giriş”i göstərdi

"NGC 4380” spiralvari qalaktika fantastik filmlərdə göstərilən obyektə bənzəyir. Belə ki, o, vizual olaraq "başqa ölçüdəki dünyaya olan portal”a bənzəyir.

NASA "Hubble” teleskopu ilə çəkilən müvafiq şəkli özünün saytında yerləşdirib.

Amerika kosmik agentliyinin məlumatında bildirilir ki, belə bir qalaktika "əslində adi haldır”.

""NGC 4380” spiralvari qalaktikalar Kainatda geniş yayılıb”, - NASA yazır.

"NGC 4380” Yerdən 15 meqaparsek aralıda Qız bürcündə yerləşib. Qalaktika 1826-cı ildə astronom Con Herşel tərəfindən aşkar olunub./oxu.az

Xəbər lenti