Xəzər Xəbər

Milyarderlərdən yaxa qurtarmaq təklifi Zukerberqin xoşuna gəlmədi

Dünya | 14:23 • 20 Oktyabr 2019
Milyarderlərdən yaxa qurtarmaq təklifi Zukerberqin xoşuna gəlmədi

"Facebook”un təsisçisi milyarder Mark Zukerberq ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan Berni Sandersin milyarderlərdən yaxa qurtarmaqtəklifini tənqid edib.

"Washington Post”un məlumatına əsasən, Zukerberq ABŞ-dakı bərabərsizliyin onu da narahat etdiyini bildirib. Lakin onun zənnincə, milyarderlərin sərvətinin hökumətə ötürülməsi pis nəticələr verə bilər.

"Bəziləri düşünür ki, belə bir sərvətlə mübarizə bu cürdür: "Gəlin hökumətdən bunların hamısını almağı xahiş edək. Sonra isə hökumət özü bütün bu varidatı tibbi tədqiqatlara verə bilər””, - Zukerberq bildirib.

O qeyd edib ki, bu məsələdə yarış prinsipini dəstəkləyir.

"Düşünürəm ki, bu və ya digər tədqiqatların aparılması ilə bağlı rəqabətqabiliyyətli ideyalar irəli sürə biləcək müxtəlif filantroplar və təşkilatlar mövcuddur... Mən bizə müxtəlif ideyalar verə biləcək bu cür yarışa inanıram”, - deyə o fikrini izah edib.

"Senatorun (Sanders – red.) irəli sürdüyü tipdə təkliflər məni bir qədər narahat edir. Bütün bunların dövlət tərəfindən edilməli olması ilə bağı təklif bazarı və dünyanı ediləbiləcək müxtəlif səylərdən məhrum edəcək”, - Zukerberq bəyan edib.

Xatırladaq ki, ötən ay Sanders "The New York Times” qəzetinə bildirmişdi ki, ABŞ-a milyarderlər lazım deyil və onların sərvətinin böyük hissəsini təsviyyə etməyi təklif etmişdi. Sanders aktivləri 32 mln dollar olanların sərvətinə 1%, 10 mlrd dolları ötənlərin isə varidatına 8 %-lik vergi tətbiqini təklif etmişdi.

Qeyd edək ki, "Forbes” Zukerberqin sərvətini 69 mlrd dollar məbləğində dəyərləndirməklə, ona planetin ən zəngin adamları siyahısında 8-ci yeri verib.

Xəbər lenti