Xəzər Xəbər

Britaniya parlamenti Brexitin vaxtının dəyişdirilməsinə səs verib

Dünya | 21:14 • 19 Oktyabr 2019
Britaniya parlamenti Brexitin vaxtının dəyişdirilməsinə səs verib

Britaniya parlamentinin İcmalar palatası Brexitin vaxtının dəyişdirilməsi haqqında düzəlişi qəbul edib.


Xezerxeber.az xəbər verir ki, hakim Mühafizəkarlar partiyasından olan sabiq deputat Oliver Letvin tərəfindən irəli sürülmüş təklifin lehinə 322, əleyhinə 306 deputat səs verib.


Qəbul olunan düzəlişə əsasən, Baş nazir Boris Conson saat 23:00-dək Avropa ittifaqından Brexit vaxtının dəyişdirilməsini xahiş etməlidir.

Xəbər lenti