Xəzər Xəbər

Kataloniyada dünən keçirilən aksiyalarda 182 nəfər xəsarət alıb

Dünya | 15:25 • 19 Oktyabr 2019
Kataloniyada dünən keçirilən aksiyalarda 182 nəfər xəsarət alıb

Kataloniyada müstəqillik tərəfdarlarının təşkil etdiyi aksiyalar zamanı ən az 182 nəfər xəsarət alıb. Onların əksəriyyəti – 152 nəfər Barselonada yaralanıb.


AZƏRTAC "El Pais” qəzetinə istinadla xəbər verir ki, oktyabrın 18-də Kataloniyanın müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilib. Lakin iri etiraz aksiyaları muxtariyyətin paytaxtında baş tutub. Barselonanın mərkəzində polis idarəsi qarşısında keçirilən aksiya təhlükəsizlik qüvvələri və etirazçılar arasında iğtişaşlarla nəticələnib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib. Həmçinin hüquq-mühafizə orqanları aksiyalarda fəallıq edən 52 nəfəri saxlayıb


Xatırladaq ki, oktyabrın 14-də İspaniya ali məhkəməsinin müstəqillik barədə referendumun təşkilində ittiham olunan siyasətçilərə hökm oxumasından sonra Kataloniyada iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları başlayıb.

Xəbər lenti