Xəzər Xəbər

Mövlud Çvuşoğlu ABŞ prezidentinin köməkçisi ilə görüşüb

Dünya | 15:34 • 17 Oktyabr 2019
Mövlud Çvuşoğlu ABŞ prezidentinin köməkçisi ilə görüşüb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çvuşoğlu Ankarada ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraenlə görüşüb.


Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, genişləndirilmiş heyətdə keçirilən görüş bağlı qapılar arxasında 45 dəqiqəyə yaxın davam edib.


Yerli vaxtla saat 14:30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Maykl Pensi qəbul edəcəyi gözlənilir.


Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya Türkiyə rəhbərliyini Suriyanın şimalında aparılan "Sülh çeşməsi” əməliyyatını dayandırmağa razı salmaq üçün gəlib. Nümayəndə heyətinin tərkibinə, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo, Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.


Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalını terrorçulardan təmizlənməsi və bufer zonasının yaradılması üçün "Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.

Xəbər lenti