Xəzər Xəbər

Ermənistanda yaşayış binası uçub, dağıntılar altında qalanlar var

Dünya | 14:52 • 17 Oktyabr 2019
Ermənistanda yaşayış binası uçub, dağıntılar altında qalanlar var

Ermənistanın Qafan rayonunda sürüşmə baş verib.


Xezerxeber.az-ın "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Xəbərə görə, sürüşmə nəticəsində ikimərtəbəli yaşayış binası uçub, dağıntılar altında qalanlar var.


Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Lazım olan texnika həm də rayon meriyası tərəfindən təmin edilib.

Xəbər lenti