Xəzər Xəbər

Suriya ordusu daha bir şəhərə girdi İLK GÖRÜNTÜLƏR

Dünya | 14:24 • 17 Oktyabr 2019
Suriya ordusu daha bir şəhərə girdi

Suriya ordusu YPG terror təşkilatı ilə razılaşma çərçivəsində ötən gün axşam saatlarında böyük strateji əhəmiyyətə malik Kobani şəhərinə girib.

Rusiya hərbçilərinin müşayiəti ilə şəhərə girən suriyalı əsgərlər havadan da qorunub.

Türkiyə sərhədində yerləşən və 5 il əvvəl İŞİD-dən alınan Kobani böyük strateji əhəmiyyətə sahibdir.

Qeyd edək ki, daha əvvəl YPG və Amerika hərbçilərinin boşaltdığı Münbiç Bəşər Əsəd güclərinin nəzarətinə keçmişdi./publika.az




Xəbər lenti