Xəzər Xəbər

Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib

Dünya | 14:11 • 17 Oktyabr 2019
Çavuşoğlu və Trampın müşaviri arasında görüş keçirilib

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffreylə görüşüb.


Xezerxeber.az-ın "Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, mətbuata qapalı olan görüş Türkiyə Xarici İşlər Nazirliyində keçirilib.


Qeyd edək ki, R. Obrayn türkiyəli rəsmilərlə Suriya məsələsini müzakirə etmək üçün Türkiyəyə gəlib.

Xəbər lenti