Xəzər Xəbər

“Hagibis” tufanı nəticəsində Yaponiyadakı azərbaycanlılardan xəsarət alan yoxdur

Dünya | 09:21 • 17 Oktyabr 2019
“Hagibis” tufanı nəticəsində Yaponiyadakı azərbaycanlılardan xəsarət alan yoxdur

"Hagibis” tufanı nəticəsində Yaponiyadakı azərbaycanlılardan xəsarət alan yoxdur.


AZƏRTAC xəbər verir ki, bu barədə ölkəmizin Tokioda yerləşən səfirliyindən məlumat verilib.


Oktyabrın 17-dək tufan nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 10 nəfərin itkin düşdüyü, 340 nəfərin isə xəsarət aldığı bildirilir. Ən çox itkilər Hönşü adasının şimal-şərqində yerləşən Fukuşima və Miyaqi prefekturalarında, həmçinin Tokionun cənub-qərbində yerləşən Kanaqava prefekturasında qeydə alınıb.


Tufanın keçdiyi ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Hökumət əraziyə ərzaq məhsullarının, içməli suyun və digər ilkin tələbat mallarının çatdırılmasını ciddi nəzarətdə saxlayır.


Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın əsas adasına çatan "Hagibis” tufanı böyük ərazidə daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Xəbər lenti