Xəzər Xəbər

Filippində güclü zəlzələ baş verib, ölən və yaralananlar var

Dünya | 09:07 • 17 Oktyabr 2019
Filippində güclü zəlzələ baş verib, ölən və yaralananlar var

Filippinin Mindanao adasında çərşənbə günü yerli vaxtla 11.37-də 6,3 bal gücündə zəlzələ qeydə alınıb.


Xezerxeber.az xəbər verir ki, təbii fəlakət nəticəsində beş nəfər ölüb, 77 nəfər yaralanıb.


Bundan başqa, Makilala şəhərində 17 nəfər, Tulunan, Maqsaysay və Diqos bölgələrində isə 60 nəfərin yaralandığı bildirilir.


Zəlzələnin episentri Sultan Kudarat əyalətindəki Kolumbio kəndindən 7 kilometr məsafədə yerləşib.

Xəbər lenti