Xəzər Xəbər

Ərdoğan: "Hazırda 1220 km–lik ərazini terrorçulardan təmizləmişik"

Dünya | 17:07 • 16 Oktyabr 2019
Ərdoğan:

"Fransa Prezidenti Emmanuel Makrona Ruanda, Əlcəzairdə törədkikləri qətlimaları xatırladaraq dedim ki, yüz minlərlə insanı siz qətl edibsiniz: "Güzgüyə yaxşı baxın”.

XəzərXəbər Report-a istinadən xəbər verir ki, bunu Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanİnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib.

Türkiyə Prezidenti antiterror əməliyyatının hədəflərindən və görəcəkləri işlərdən danışıb:"Bu bölgədə bütün plan və işlərimizi gördük, görürük. Türkiyə tarixinin heç bir dönəmində mülki sakinləri qətlə yetirməyib. Bizim inancımız, mədəniyyətimiz və əxlaqımız buna imkan vermir. Bizi qətliamda ittiham edənlərin tarixi mülki sakinlərin qətliamı hadisəsi ilə doludur”.

"Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Bir masaya oturulsa belə bir nəticə əldə edilməyəcəyini bilirik. Bununla bağlı bizi axtarıb, danışıq aparmaq istəyənlərə deyirik: Türkiyənin müttəfiqliyini göz ardına alıb, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədənbu gecə bütün terrorçularınçıxmasıdır. Onda bizim "Barış pınarı” aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik.Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km–lik ərazini terrorçulardan təmizlədik”, - Türkiyə Prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiyalarına münasibət bildirərək, qarşı tərəfi siyasətdən xəbərsizlikdə ittiham edib: "Siyasət emosionallıq deyil, insan və ölkəni idarəetmə sənətidir”.

Xəbər lenti