Xəzər Xəbər

İranda 70 tələbə zəhərlənib

Dünya | 12:42 • 16 Oktyabr 2019
İranda 70 tələbə zəhərlənib

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.

Trend-in məlumatına görə, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.

P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.

Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.

Xəbər lenti

Çox oxunanlar