Xəzər Xəbər

Trampın köməkçisindən Ərdoğanla bağlı AÇIQLAMA: "Bizə söz verdi ki..."

Dünya | 14:16 • 15 Oktyabr 2019
Trampın köməkçisindən Ərdoğanla bağlı AÇIQLAMA:

ABŞ prezidenti Donald Trampın köməkçisi Mayk Pens Türkiyəyə səfər edəcək.

Bu barədə Ağ Ev informasiya yayıb.

Məlumata görə, Pens Türkiyə ilə Suriya arasında müzakirə başlatmaq məqsədilə Ankaraya gələcək. O, bu müzakirələr nəticəsində zorakılığın sona çatmasını və sərhəddə uzunmüddətli sülhə nail olmağı hədəfləyir.

Pensin açıqlamalarına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Kobaniyə hücum etməyəcəyinin təminatını verib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Fəratın şərqini terrorçulardan təmizləmək məqsədilə "Sülh çeşməsi" əməliyyatı keçirir. Əməliyyatda Təl Abyad və Rəsulayndan sonrakı hədəf Münbiçdir./publika.az

Xəbər lenti