Xəzər Xəbər

Tramp Rusiyaya yeni səfirin namizədliyini irəli sürdü

Dünya | 11:41 • 12 Oktyabr 2019
Tramp Rusiyaya yeni səfirin namizədliyini irəli sürdü

ABŞ prezidenti Donald Tramp dövlət kartibinin müavini Con Sallivanın namizədliyini Birləşmiş Ştatların Rusiyadakı səfiri vəzifəsinə irəli sürüb.

Bu barədə məlumatı Ağ ev yayıb.

Daha əvvəl Dövlət Departamentindəki mənbəyə istinadən "Bloomberg" agentliyi bildirib ki, rəsmi Moskva Sallivanın namizədliyi ilə razılaşıb.

Prosedura əsasən, indi Senat iddiaçını təsdiq etməlidir./ Teleqraf.com

Xəbər lenti