Xəzər Xəbər

"Mehmetcik" ABŞ əsgərlərini vurdu? Türkiyə və Pentaqondan CAVAB

Dünya | 10:00 • 12 Oktyabr 2019
"Mehmetcik" ABŞ əsgərlərini vurdu?

Türkiyə Milli Müdafiə Nazirliyi "Sülh çeşməsi” hərəkatı çərçivəsində Fəratın şərqindəki ABŞ-ın müşahidə nöqtəsinə atəş açdığı barədə iddiaya cavab verib.

"Anadolu” agentliyi xəbər verir ki, iddia nazirlik tərəfindən rədd edilib.

Məlumatda bildirilir ki, ABŞ müşahidə məntəqəsindən təxminən min metr cənub-qərbdəki yüksəkliklərdən Suruçun cənubundakı Türkiyənin sərhəd məntəqələri atəşə tutulub. Qeyd edilib ki, bundan sonra özünümüdafiə çərçivəsində terrorçuların mövqeləri atəşə tutulub və ABŞ-ın müşahidə məntəqəsinə hər hansı atəşdən söhbət getmir.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adının açıqlanmasını istəməyən bir rəsmisi isə Kobani yaxınlığındakı hərbi bazanın yanında deyil, hərbi müşahidə nöqtəsinin yaxınlığında bir partlayışın baş verməsindən xəbərdar olduqlarını deyib. O, partlayışın təfərrüatları ilə bağlı məlumat toplamağa davam etdiklərini və heç bir ABŞ əsgərinin zərər görmədiyini söyləyib.

Qeyd edək ki, daha əvvəl "Nyusvik” nəşri Türkiyə ordusunun "Sülh çeşməsi” hərəkatı çərçivəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı təşkil etdiyi top atışları ilə yalnışlıqla ABŞ hərbçilərini vurduğunu iddia edib./publika.az

Xəbər lenti