Xəzər Xəbər

Tramp Çinlə əhəmiyyətli sazişə nail olunduğunu açıqladı

Dünya | 09:55 • 12 Oktyabr 2019
Tramp Çinlə əhəmiyyətli sazişə nail olunduğunu açıqladı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Çin "əhəmiyyətli saziş" haqqında razılaşıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Tramp qeyd edib ki, tərəflər "razılaşmanın birinci məzmunlu mərhələsinə nail olublar. Dövlət başçısı həmçinin güman edir ki, ticarət sazişi 3 həftə sonra Çilidə keçiriləcək Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı sammitində imzalanacaq.

Ağ Ev rəhbərinin sözlərinə görə, razılaşmalar intellektual mülkiyyəti, maliyyə xidmətlərini, ABŞ-da 40-50 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının alınmaları məsələlərini əhatə edir.

Öz növbəsində Çinin baş nazirinin müavini Lyu Xe bildirib ki, əldə olunmuş nəticəyə məmnundur. Onun sözlərinə görə, rəsmi Pekin və Vaşinqton əhəmiyyətli irəliləməyə nail olublar.

Daha əvvəl bildirilib ki, ABŞ və Çin ticarət sazişi üzrə razılaşmaya qismən nail olub.

Xəbər lenti