Xəzər Xəbər

İrandan Ər-Riyada önəmli mesaj: Hazırıq!

Dünya | 09:42 • 12 Oktyabr 2019
İrandan Ər-Riyada önəmli mesaj: Hazırıq!

İran Səudiyyə Ərəbistanı ilə həm birbaşa, həm də başqa ölkələrin vasitəçiliyi ilə danışıqlara hazırdır.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif TRT telekanalına müsahibəsində bildirib.

"Biz həmişə Səudiyyə Ərəbistanı ilə istənilən məsələlərin müzakirəsinə açıq olmuşuq. Səudiyyə Ərəbistanı bizim qonşumuzdur… Bizim bir-biri ilə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur. Biz Səudiyyə Ərəbistanı ilə həm birbaşa, həm də vasitəçilərlə danışıqlar aparmağa hazırıq”,- Zərif deyib./publika.az

Xəbər lenti