Xəzər Xəbər

Londonun şərqində narkotik ticarəti şübhəsi ilə 43 nəfər saxlanılıb

Dünya | 15:50 • 11 Oktyabr 2019
Londonun şərqində narkotik ticarəti şübhəsi ilə 43 nəfər saxlanılıb

Böyük Britaniya polisinin Londonun şərqində apardığı əməliyyat nəticəsində narkotik vasitələrin ticarətində şübhəli bilinən 43 nəfər saxlanılıb.


Xezerxeber.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Scotland Yard” tərəfindən açıqlama yayılıb.


Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 9-u və 10-da səhər saatlarında Britaniya paytaxtının bir neçə şərq rayonunda axtarışlar aparıb. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə, o cümlədən qanunsuz odlu silah və A sinifli narkotik vasitələri saxlamaqda şübhəli hesab olunurlar.


"Narkotik vasitələrlə bağlı 12 nəfərə ittihamlar irəli sürülüb. Polis çox sayda mobil telefon, həmçinin nağd pul, narkotik vasitə, sənəd və silah müsadirə edib”, - açıqlamada belə deyilir.


Bir qədər əvvəl Böyük Britaniyanın Cinayətkarlığa Qarşı Mübarizə üzrə Milli Agentliyi narkotik vasitələrin Birləşmiş Krallığa keçirilməsi ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın 13 mümkün üzvünün saxlanıldığı barədə məlumat yaymışdı.


Xatırladaq ki, London kokaindən istifadəyə görə paytaxtı Avropa paytaxtlarının reytinqində birinci yeri tutur. Mütəxəssislərin hesablamalarına əsasən, londonlular il ərzində səkkiz tondan çox təmiz kokaindən istifadə edirlər. London küçələrində hər gün yarım milyon kokain dozası satılır. Böyük Britaniyanın kokain bazarı isə bir milyard funt-sterlinq həcmində qiymətləndirilir.

Xəbər lenti