Xəzər Xəbər

Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 342-yə çatıb

Dünya | 14:28 • 11 Oktyabr 2019
Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 342-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı "Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı zamanı indiyədək 342 terrorçu zərərsizləşdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.


Türk Silahlı Qüvvələrinin hava hərəkatının qarşısını almaq məqsədilə terrorçular tərəfindən bölgədə rezin təkərlər və mazut yandırılır. Hərəkat davam etdirilir.


Xatırladaq ki, əməliyyat zamanı PKK/PYD terror təşkilatlarının nəzarətində olan Tel Rıfat şəhərindən türk hərbçilərinin olduğu Azez şəhərinə havadan hücum edilib. Hücum nəticəsində beş əsgər yaralanıb. Yaralı əsgərlərdən ikisi bütün müdaxilələrə baxmayaraq şəhid olub. Üç əsgərin müalicəsi davam edir.




Xəbər lenti