Xəzər Xəbər

Latviyada 3 ton dərman narkotik vasitə aşkarlanıb

Dünya | 09:19 • 20 Sentyabr 2019
Latviyada 3 ton dərman narkotik vasitə aşkarlanıb

Latviya Gömrük Xidməti dərman preparatlarının hazırlanmasında istifadə olunan üç tondan çox narkotik vasitənin qanunsuz saxlandığı yerləri aşkarlayıb.


AZƏRTAC xəbər verir ki, keçirilən yoxlamalar zamanı Riqa və Salaspils şəhərlərindəki bir neçə evdə və anbarda ümumi çəkisi 3,3 ton olan amfetamin və metamfetamin maddələri tapılıb. Xidmətdən bildirilib ki, həmin maddələrin qara bazarda dəyəri 9 milyon avrodur.


Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.


Bu hadisə Latviya tarixində narkotiklərə qarşı ən böyük əməliyyatlardan biridir. Bu ilin yanvarında ölkədəki fermaların birində Ekvadordan gətirilmiş də 2 tona yaxın kokain, may ayında isə reyd zamanı 400 kiloqram müxtəlif narkotik vasitə aşkarlanmışdı.

Xəbər lenti