"NATO ölkələrinin may ayında yeni hərbi strategiyaya dair anlaşma imzalamasının əsas səbəbi NATO-nun Rusiya qarşısında hərbi üstünlüyünü itirməsi ilə bağlı idi”.
Bunu ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi Jozef Danford deyib.
Danfordun sözlərinə görə, Rusiya əsas rəqibdir və NATO-nun yenidən dirçələn Rusiyaya qarşı hərbi üstünlüyü zəifləyib:
"NATO komandanlığı hərbi tarazlığın dəyişməsini görür və buna görə də may ayında yeni hərbi anlaşma imzalamağa məcbur oldu”.
Rusiyanın nüvə silahlarının azaldılmasına dair anlaşmanın şərtlərini yerinə yetirmədiyini deyən Danford deyib:
"Rusiya Prezidenti Putin istehsal etdiyi yeni silahlarla ABŞ-ı təhdid edir. 1990-cı illərdə belə rəqabət yoxdur. Silah və strategiya məsələsi ilə bağlı gedən prosesə həssas yanaşmaq lazımdır”./teleqraf